Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xalqa bağlanan ömür” adlı şeir saatı keçirilib

09.12.2022

09.12.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsi Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Xalqa bağlanan ömür” adlı şeir saatı keçirdi. Uşaq söbəsi M.Ə.Sabir adına 1saylı lisey məktəbin 3a sinifi şagirdləri ilə
birgə Samux rayon Heydər Əliyev Mərkəzinə ziyarətə getmişlər. Onlar müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli
Lideri Heydər Əliyevin məzarını ziyarət edib və gül dəstəsi qoyublar. Uşaq şöbəsinin müdiri Venera Məmmədova uşaqlara Ulu Öndər Heydər
Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətindən,
böyük xilaskarlıq missiyasından danışdı. Ümummilli Liderin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz rolundan bəhs
edərək bu siyasəti bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla və əzmlə davam etdirdiyini diqqətə çatdırdı. Sonda uşaqlar Ulu Öndərə aid şeirlər səsləndirdilər.

 

136.1 KB

 

124.7 KB