Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Xalqa xidmətdə keçən ömür” adlı dəyirmi masa keçirilib.

09.12.2022

09.12.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzinin filialı Ziyadlı kənd Sənətkarlıq evində Ulu Öndər Heydər Əlirıza oğlu Əliyevin vəfatının 19 cu il dönümünə həsr olunmuş "Xalqa xidmətdə keçən ömür" adlı dəyirmi masa keçirilib. Tədbirdə Respublikamızda mövcud olan bütün sahələrdə  qazanılan uğurlardan əldə olunan naliyyətlərdən danışarkən gözlərimiz önündə ilk növbədə müstəqil dövlətimizin memarı,qurucusu görkəmli ictimai - siyasi və böyük dövlət xadimi ümumilli liderimiz Heydər Əliyevin xalq qarşısındakı misilsiz xidmətləri haqqında danışıldı.. Bu gün Ulu Öndərin ruhu şaddır çünki onun vaxtı ilə müdrikcəsinə "O torpaqlara qayıdacağıq , mütləq qayıdacağıq" sözləri həqiqətə çevrilmişdir.İllərdən bəri həsrət qaldığımız doğma Qarabağımızı Ulu Öndərin layiqli davamçısı olan prezidentimiz Cənab İlham Əliyevin liderliyi, uzaqgörən, düşünülmüş siyasəti, qətiyyətli addımları nəticəsində Müzəffər Azərbaycan Əsgəri işğaldan azad etdi.
Biz Ulu Öndərimizin bizə miras qoyub getdiyi müstəqil,azad ölkəmizi hər an qorumalıyıq. Ulu Öndər Heydər Əliyevin xatirəsini əziz tutmaq hər bir Azərbaycan vətandaşının mənəvi borcudur.

 

67.9 KB