Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dahi insan,qüdrətli şəxsiyyət” başlığı altında anım günü keçirilib

09.12.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsində 09.12.22-ci il tarixində “Dahi insan,qüdrətli şəxsiyyət” başlığı altında anım günü keçirildi. Tədbirdə Şəmkir şəhər Morul tam orta məktəbin VI sinif şagirdləri iştirak etdilər. Anim günündə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şöbənin kitabxanaçısı Kifayət Sadıqova iştirakçıları salamlayaraq tədbiri açıq elan etdi
və bildirdi ki, bu gün hər bir azərbaycanlı fəxrlə deyir ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur. “Azərbaycanın dövlət müstəqilliyi sarsılmaz və dönməz olacaqdır” deyən ulu öndər Heydər Əliyev bütün həyat və fəaliyyətini ölkəmizin müstəqilliyinə, xalqımızın rifahına həsr etmişdir. Tədbirdə iştirak edən Uşaq Kitabxanasının şöbə müdiri Ellada Rəhimova və Morul tam orta məktəbin tarix müəlliməsi Fatimə Rəhimova çıxışlarında qeyd etdilər ki, vətənini, xalqını tükənməz sevgi ilə sevən ulu öndərin mənalı həyat yolu zəngin və çoxşaxəli tükənməz ibrət məktəbidir. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə ulu öndərin uzaqgörənliyi, müdrikliyi, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Tədbir şagirdlərin ulu öndərə həsr olunmuş söylədikləri şeirlərlə davam etdi. Sonda məktəblilər ümummilli lider Heydər Əliyevin nümunəvi həyat yolu və misilsiz xidmətlərindən bəhs edən video-çarx izlədilər, kitab sərgisi ilə tanış oldular.

 

77.2 KB