09.06.2018
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 04-09 iyun tarixində növbəti nağıl saatı təşkil olundu.Bu dəfəki nağıl saatı M.Müşfiqin anadan olmasının 110 illiyi ilə əlaqədar olaraq şairin yazdığı Şəngül, Şüngül, Məngül poeması əsasında hazırlandı. İlk öncə kitabxanaçı Nərmin Həsənova uşaqlara Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış istedadlı şair M.Müşfiq haqqında geniş məlumat verdi və bildirdi ki, şair həmçinin uşaqları da yaddan çıxarmamışdır. Az qala, hər bir uşağın bildiyi və sevdiyi, elə özümüzün də zaman-zaman yaddaşımızda gəzdirdiyimiz və bizi uşaqlıq çağımızla birləşdirən rabitəyə çevirdiyimiz bu nağıl Azərbaycan folklorunda ən məşhür nağıllardan biridir. Nağılın çox sadə süjet xətti var. Nağıldakı hadisələr uşaqlara onların dili ilə və əyləncə şəklində çatdırılmışdır. Elə nağılın adından keçi balalarının bütün şıltaqlığı, şirinliyi və dəcəl xarakterini başa düşmək olur. Nağılda uşaqlara pisi və yaxşını, şəri və xeyri başa salmaq üçün bütün bu xüsusiyyətlər canavarla keçinin və onun balalarının üzərinə köçürülüb. Canavar şəri, keçi isə xeyri təmsil edir. Keçirilən nağıl saatında şöbənin kitabxanaçısı Nərmin Həsənova nağılı uşaqlara oxudu. Kiçik oxucular çox böyük həvəslə nağıla qulaq asdılar. Tədbirin sonunda uşaqlar nağıl qəhrəmanları haqqında maraqlı suallar verdilər. Onların güclü canavarın niyə zəif keçiyə məğlub olması sualı tədbiri daha da canlandırdı. Nərmin xanım bildirdi ki, fizki cəhətdən güclüyə qalib gəlmək üçün son dərəcə ağıllı olmaq lazımdır. Uşaqlar tədbirdən şən və xoş təəssüratla ayrıldılar.