Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xoş təranələr dəstəsinin rəhbəri” adlı mühazirə - söhbət keçirilib

09.12.2022

08.12.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzində Mərkəzi Kitabxana və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli tarzən,pedaqoq,musiqi xadimi,Azərbaycan Xalq artisti Əhmədxan Bakıxanovun anadan olmasının 130 illiyi münasibətilə “Xoş təranələr dəstəsinin rəhbəri” adlı mühazirə - söhbət keçirildi.Tədbiri Mədəniyyət Mərkəzinin direktoru Arzu Əliyev açaraq tanınmış tarzənin həyat və yaradıcılığı barədə geniş və ətraflı məlumat verdi.Mədəniyyət Mərkəzinin bədii rəhbəri Adilə Məmmədzadə və rejissor Aqil Cəfərov məruzə ətrafı çıxış etdilər.Mərkəzi Kitabxananın Abonement bölmə müdiri Gülnar Nəcəfova “Bakıxanovlar şöhrət zirvəsində” kitabının təqdimatını etdi.Sonda tanınmış tarzən Ə.Bakıxanova həsr olunmuş videoçarx izlənildi.

 

45.8 KB

 

71.2 KB