Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nağıl saatı” layihəsi çərçivəsində “Göyçək Fatma” Azərbaycan xalq nağılının oxu və müzakirəsi keçirilib

09.12.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı “Nağıl saatı” layihəsi çərçivəsində “Göyçək Fatma” Azərbaycan xalq nağılının oxu və müzakirəsini keçirtdi. Tədbiri filialın kitabxanaçısı Sulaxbin-Elçi Aygün apardı. Kitabxanaçı ilk öncə bu məşhur nağılı uşaqlar üçün ifadəli şəkildə oxudu, sonra onların nağılda baş verən hadisələri daha düzgün anlamaları, münasibət bildirmələri və nağılı daha yaxşı mənimsəmələri üçün müəyyən suallarla uşaqlara müraciət etdi. Uşaqlar müzakirədə fəallıq nümayiş etdirdilər. Sonda kitabxanaçı uşaqlara öz minnətdarlığını bildirib, tədbiri yekunlaşdırdı.

 

306.7 KB