Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şəhidlik ən uca zirvədir” adlı tədbir keçirilib

09.12.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Muzdurlar kənd Sənətkarlıq Evində Kitabxana Filialının təşkilatçılıgı Yolpa və Qaramusalı kənd Klublarının iştrakı ilə Muzdurlar kəndindən olan 1-ci Qarabag Müharibəsi və 44 günlük Vətən müharibəsinin Şəhid ailələri ilə "Şəhidlik ən uca zirvədir" adlı tədbir keçirilmişdir.

Keçrilən tədbirdə Mədəniyyət işçiləri, 1-ci Qarabağ müharibəsinin Şəhid ailələri, 44 günlük Vətən müharibəsinin Şəhid ailələri, Cəmiyyət sədiri, Muzdurlar kənd İƏDÜ nümayəndəsi, Məktəb direktoru, kənd sakinləri iştrak etmişdir.

İlk öncə torpaqlarmızın azadlığı uğrunda canlarından keçərək Şəhidlik məqamına ucalmış igid oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Görüşü giriş sözü ilə açan Mədəniyyət işçisi Elçin Tagıyev bütün Şəhid ailələrinə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun adından dərin hüzünlə başsağlığı verərək ailələrinə səbr diləmişdir.

1-ci Qarabağ Müharibəsi zamanı canlarından keçərək Şəhid olmuş igid oğullarımızın qisası 44 günlük Vətən müharibəsi dönəmində Müzəffər Ali baş Komandan İlham Əliyev cənablarının "Dəmir Yumruq" əməliyyatı və qüdrətli Azərbaycan Ordusunun gücü naminə alındı.

Biz əziz Şəhidlərimizin canı və qanı hesabına, Qazilərimizin igidliyi naminə azadlığımıza qovuşduq. İndi bizim bayragımız işgaldan azad edilən ərazilərdə dalğalanır deyə tədbirdə çıxış edən natiqlər bildirmişdir.

Görüşdə Şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu haqqında doğmaları geniş məlumat verdi.

Tədbirdə Muzdurlar kənd İƏDÜ nümayəndəsi, Məktəb direktoru Şahin Məmmədov Mədəniyyət sahəsində çalışan əməkdaşlara Şəhid ailələrini ziyarət etdikləri və bu cür tədbirlərin təşkil edildiyi üçün minnətdarlıqlarını bildirdi.

Görüşdə iştrak edən Şəhid ailələrinə Şəhidlərimizin şəkli əks olunmuş Şəhid-Xatirə tabloları təqdim edildi.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə etdilər.

Eyni zamanda bu gün onların ailələri yad edilərək tədbirlərin təşkil edilməsində yaradılmış şəraitə görə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova təşəkkürlərini bildirdilər.

Tədbir Muzdurlar kənd tam orta məktəbinin şagirdlərinin vətənpərvərlik mövzusunda hazırladıqları şeir parçaları ilə davam etdirildi.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

 

154.7 KB

 

201.9 KB