Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Heydər Əliyev Azərbaycanın banisidir” adlı dəyirmi masa təşkil edilib

09.12.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Şəfəq kənd Mədəniyyət Evində Qaraçinar kənd Mədəniyyət Evi, Şəfəq Qaraçinar kənd Kitabxana Filiallarının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevə həsr olunmuş "Heydər Əliyev Azərbaycanın banisidir" adlı dəyirmi masa təşkil edilmişdir.
Tədbirdə Mədəniyyət işçiləri, kitabxanaçılar, Şəfəq Kənd İcra Nümayəndəliyi, Qazilər, Şəfəq kənd Uşaq bağçası və körpələr evinin əməkdaşları və şagirdlər iştrak etmişdir.
Şəfəq kənd Mədəniyyət Evinin direktoru Samirə Kazımova tədbir iştirakçıları salamlayaraq tədbirin 12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günü ərəfəsinə təsadüf etdiyini bildirib. 
Tədbir iştirakçıları Ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
S.Kazımova bildirib ki, bu gün Ulu öndərin ruhu şaddır. Çünki onun canından çox sevdiyi doğma Azərbaycanı Zəfər bayramının, qələbə bayramının sevincini yaşayır. Bu bayram sevincini xalqımıza Ulu öndərin həyat və siyasət məktəbinin yetişdirməsi, onun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyev qazandırıb. Cənab Prezidentin noyabrın 8-də Şuşanın işğaldan azad olunması ilə bağlı xalqa müraciətində də vurğuladığı kimi, bu tarixi zəfərin qazanılması ilə o, həmçinin Ulu öndərin ən böyük vəsiyyətini yerinə yetirib.
Çıxış edən Qaraçinar kənd Mədəniyyət Evinin bədii-rəhbəri Xalidə Rəcəbova bildirmişdir. 
Tarixə və kitablara nəzər yetirərkən Ulu öndərin necə bir fəal mütaliəçi olduğunu əyani şəkildə görə bilirik. Mən inanıram ki, hələ neçə-neçə nəsillər bu tarixdən eyni zamanda  kitablarla və Ulu Öndərin orada etdiyi qeydlərlə tanış olarkən onun kimi fəal mütaliəçi olmağa çalışacaqlar və bundan müsbət bir örnək götürəcəklər” – deyə X. Rəcəbova bildirib.
Tədbirdə çıxış edən Şəmməd Rəcəbov bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi ən dahi şəxsiyyətlərdən biridir.
 Ulu öndərin hakimiyyəti illərində təməli qoyulan Azərbaycan Silahlı Qüvvələri sonrakı illərdə Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqəti sayəsində daha da inkişaf edərək bugünkü qüdrətli Azərbaycan Ordusuna çevrildi. Ali Baş Komandanımızın rəhbərliyi altında Ordumuz 30 ildən bəri düşmən əsarətində olan torpaqlarımızı işğalından azad edərək tarixi  zəfər yazdı.
Tədbirdə digər iştirakçılar da çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı ilə bağlı tarixi xidmətlərindən söz açıblar.
Sonda Şəfəq kənd tam orta məktəbinin şagirdlərinin  hazırladıqları  Ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeir parçaları səsləndirilib.

 

85.8 KB