Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Goranboy rayon Dövlət Rəsm Qalereyasında Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı sərgi təşkil olunub

09.12.2022

Goranboy rayon Dövlət Rəsm Qalereyasında Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı sərgi təşkil olunub. Qalereyanın direktoru Çinarə Abdullazadə dahi şəxsiyyət barədə məlumat verib.

Onun əvəzsiz xidmətlərindən bəhs edən, eyni zamanda respublikamızın ictimai-siyasi, sosial, iqtisadi, elmi, mədəni həyatındakı hadisələri əks etdirən materiallar təqdim olunub.

 

 

bildirmişdir ki, xalqımız 12 dekabrı Ulu öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. 

 

830.9 KB