13.06.2018
MərkəzləşdirilmişKitabxanaSisteminin4 və12saylıkitabxana filialı 13 iyun 2018– ci il tarixdə “15iyun Milli Qurtuluş Günü münasibətilə “ Tariximizin Milli Qurtuluş Günü ” başlığı altında mövzu saatı keçirdi. Tədbirdə fəal oxucular və 16 saylı orta məktəbin şagird və müəllim kollektivi iştirak edirdi. Tədbiri 12 saylı filialın kitabxanaçısı Verdiyeva Xatirə açaraq qeyd etdi ki, bu gün hər bir azərbaycanlı üçün əziz bir gündür. 1993- cü il iyunun 15 –də Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycan Respublikasının xoşbəxt gələcəyinə təminat yaratmiş , bütövlükdə xalqın, ayriliqda hər kəsin taleyində yeni səhifə açmaqla əsl milli qurtuluş olmuşdur. Həmin gün xalqın istəyi və tələbi ilə zəmanəmizin müdrik rəhbərinin təcrübəli və iradəli dövlət xadiminin hakimiyyətə tarixi qayıdışı gerçəkləşdi.Bu qayıdış Azərbaycanın müstəqilliyinin dünya zəminində reallığa çevirdi. İlk növbədə əsrlərinj sınağından keçə-keçə, min bir əziyyətlə ,amma dönmədən öz məqsədinə doğru addımlayan bir millətin,özünün –özünə qayıdışı idi.16 saylı məktəbin tarix müəlliməsi Afaq Məmmədova 15 iyun Milli Qurtuluş günü münasibətilə iştirakçıları təbrik edərək qeyd etdi ki, 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyi gün - tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.Azadlığı təhlükə qarşısında olan Azərbaycanının xilası üçün hər bir fədakarlığa hazır olan Heydər Əliyev əzmlə bu məmləkəti qorudu və əbədi bir azadlığa qovuşdurdu