Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib

08.12.2022

Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirib. Tədbirdə Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin 5 c sinif şagirdləri iştirak ediblər. Tədbirdən əvvəl mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva şagirdlərə Ulu Öndər Heydər Əliyevin Xatirə Muzeyi haqqında məlumat verib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktor əvəzi İlknur İsgəndərova bildirib ki, Azərbaycanın müstəqil dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü əzəmətli işlər Heydər Əliyevin mahir siyasətçi, böyük təşkilatçı olduğunu bir daha sübut edir. Onun müstəqil Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin elə ilk günləri göstərdi ki, respublikanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü etibarlı şəkildə qorumaq, ölkənin bütün potensialını məqsədyönlü şəkildə bu istiqamətə yönəltmək, hərbi təhlükəsizliyinin təmin edilməsinə hesablanmış hərbi siyasəti səmərəli şəkildə həyata keçirmək üçün əsas şərtlərdən biri daxili ictimai-siyasi sabitliyin təmin edilməsi, xalqın bütün təbəqələrinin ümumdövlət mənafelərini əks etdirən ümummilli məqsədlər ətrafında birləşməsinə nail olunmasıdır. Mərkəzin elmi işçisi Gülər Ellazova və 2 nömrəli tam orta məktəbin müəllimi Gültəkin Həsənova öz çıxışlarında bildiriblər ki, Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən edib.

Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev formalaşdırmışdır. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələri bu gün dünya standartlarına cavab verən səviyyədədir. Bu gün Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır.

II Qarabağ Vətən müharibəsi zamanı ən müasir döyüş silahlarının tətbiqi ilə şanlı qələbə qazanan Azərbaycan Ordusunun yüksək peşəkarlıq nümayişi və ordumuzunun ilk gündən bəri yalnız irəli getməsi, düşmənin müdafiə xəttini yararaq 44 gün ərzində Zəfər qazanması buna sübutdur.

Sonda şagirdlər Ulu Öndər Heydər Əliyevə və Vətənə həsr olunmuş şeir kompozisiyası ilə çıxış ediblər.

 

150.4 KB

 

533.5 KB