08.12.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16№ - li kitabxana filialı Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Tarix yaradan dahi lider” mövzusunda konfrans keçirib.
Tədbirdə Gəncə Dövlət Universitetinin müəllim və Tarix-coğrafiya fakultəsinin tələbələri iştirak ediblər.
Tədbirdən əvvəl mərkəzin bələdçisi Könül Süleymanova tələbələrə Ulu Öndər Heydər Əliyevin Xatirə Muzeyi haqqında məlumat verib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı böyük kitabxanaçı Mirvari Cəfərova Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında məlumat verib.
Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova “Müstəqil Azərbaycanın böyük memarı”, elmi işçisi Gülər Ellazova “Müstəqil Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”, kiçik elmi işçisi Dursun Əliyeva “Xalqına, vətəninə vurğun böyük azərbaycanlı”, bələdçisi Sevinc Bədəlova “- Xalqın şərəf və xilas tarixi”, Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakultəsinin tələbəsi Ceyhun İsmayılov “Müasir tariximizin parlaq səhifələrini yazmış lider” mövzularında çıxışlar ediblər.