08.12.2022
07.12.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzi Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Samux rayon İnstitut qəsəbə tam orta məktəbdə "Heydər Əliyev və Azərbaycan" mövzusunda mühazirə oxunmuşdur. Uşaqlara müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev zəngin irsi haqqında məlumat verilmişdir. Daha sonra mövzu diskussiya şəklində davam etdirilmişdir. Uşaqlar mövzu ətrafında fikirlərini bildirmiş və onları maraqlandıran suallar vermişlər. Uşaqların fikirləri dinlənilmiş və sualları cavablandırılmışdır.