Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Milli Qurtuluş günü xalqımızın şərəf tarixidir”

12.06.2018

12.06.2018-ci il Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı kitabxana filialında “Milli Qurtuluş günü xalqımızın şərəf tarixidir” başlığı altında dəyirmi masa keçirildi.

Tədbirdə kitabxananın fəal oxucuları, Mədəniyyət Mərkəzinin müəllim və tələbələri, GDU-nun tələbəri,küçə sakinləri iştirak etdilər. Kitabxanaçı Xəyalə Nəsibova ilk öncə tədbir iştirakçılarını salamladı və15 İyun Milli Qurtuluş günü münasibətilə onları təbrik etdi. Dəyirmi masada Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərova çıxışında bildirdi ki, Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı bizi milli müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Bununla da ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında və eləcə də beynəlxalq əlaqələrdə dönüş yarandı. GDU-nun tələbəsi Məmmədov Allahverdi ölkənin iflic halına düşdüyü bir vaxtda ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan tarixində yeni səhifə açılmasından, xalqı düşdüyü çətin vəziyyətdən xilas etməsindən danışdı. Tələbələr qeyd etdilər ki, bu nadir tarixi simanın yenilməz iradəsi, uzaqgörənliyi, tükənməz enerjisi onu xalqının sevimlisinə çevirmişdir.Ulu öndərin qurub yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir.Tədbirdə kitabxananın fəal oxucuları Ulu öndərə həsr olunmuş şerlər söylədilər.Dəyirmi masanın sonunda “Müstəqilliyimizin memarı”adlı kitab sərgisinə baxış keçirildi.