Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dünyanın sirri, sözü var səndə”

24.11.2017

24.11.2017 - ci il tarixdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 25 saylı orta məktəbdə dünya ədəbiyyatının, bənzəri olmayan söz – sənət sərkərdəsi , Azərbaycan xalqının dahi mütəfəkkiri və şairi ,dəyəri heç bir etalonla ölçüyə gəlməyən ədəbi incilər bəxş etmiş Gəncəli Nizami Gəncəvi yaradıcılığı ilə əlaqədar şeir saatı keçirdi. Kitabxananın müdiri Natella Hacıyeva dahi şair və mütəfəkkirin ümumbəşər əhəmiyyət daşıyan yaradıcılığı haqqında qısa məlumat verdi və qeyd etdi ki, Nizami bütün əsrlər üçün müasir şairdir və onun yaradıcılığı incilər dünyasının söz xəzinəsinə işıq salmışdır. Tədbir şairin əvəzolunmaz şeirlərinin ifası ilə davam etdi. Tədbirin sonunda iştirakçılar şairin həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış oldular.