Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Tarix yaradan insan ” adlı tədbir keçirilib

08.12.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi şəhər kitabxana filialı, Goranboy rayon Heydər Əliyev Mərkəzi  07 dekabr 2022-ci il tarixdə 12 Dekabr-Ümummilli Lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar, ”Tarix yaradan insan ” adlı tədbir keçirib. 

Tədbirdə Goranboy Rayon İcra Hakimyyətinin nümayəndəsi Məmmədov Nicat Rizvan oğlu, YAP Goranboy Rayon Təşkilatının nümayəndəsi Mazanov Mahiyyədin Yunis oğlu və Goranboy Rayon Mübariz qəzetinin baş redaktoru Xuraman Vaqif qızı Abbasova da iştirak etdilər. Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Mehrab qızı Əliyeva açıq elan edərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla ayaq üstə yad edilməsini xahiş etdi və çıxış üçün sözü Goranboy Rayon İcra Hakimiyyətinin əməkdaşı Nicat Məmmədova verdi. Nicat Məmmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın Müstəqilliyi uğrunda göstərdiyi fəaliyyətindən söhbət açdı.YAP Goranboy Rayon Təşkilatının əməkdaşı Mazanov Mahiyəddin Yeni Azərbaycan Partiyasının ərsəyə gəlməsində Ümummilli Lider Heydər Əliyevin əməyi haqqında məlumat verdi. Şəhər Kitabxana Filialının multimedia mütəxəssisi Kəmalə Ramiz qızı İsmayılova Ulu Öndər haqqında öz təəsüratlarından danışdı və tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi. Qeyd edək ki, Goranboy rayon “Mübariz” qəzetində tədbirin nəşr olunması baş redaktor Xuraman Abbasova tərəfindən həyata keçiriləcək. Tədbir Ümummilli Lider Heydər Əliyev haqqında çəkilmiş videoçarxın izlənilməsi ilə başa çatdı.

 

63.8 KB

 

71 KB