Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Heydər Əliyevin ideyaları Azərbaycan xalqını Zəfərə qovuşdurdu”mövzusunda söhbət keçirilib.

07.12.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16№ - li kitabxana filialında Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyevin ideyaları Azərbaycan xalqını Zəfərə qovuşdurdu”   mövzusunda söhbət keçirib.
Tədbirdə Gəncə 3 saylı Peşə Liseyinin müəllim və Moda dizaynı ixtisasının tələbələri iştirak ediblər.
Tədbiri açıq elan edən böyük kitabxanaçı Mirvari Cəfərova qeyd edib ki, tarix yalnız dahi şəxsiyyətlərin nurlu əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunur. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Azərbaycan tarixinə Qurtuluş Mübarizəsinin qalibi kimi daxil olmuşdur. Heydər Əliyev şəxsiyyəti öyrənilməmiş dünyadır!  Misilsiz dövlət xadimi kimi ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən Vətəni üçün, doğma xalqından ötrü heç kəsin gözləmədiyi ən yaxşı çıxış yolu tapmağı bacaran Ulu Öndər  Heydər Əliyev  Azərbaycan xalqının, Azərbaycan torpağının misilsiz təəssübkeşi, dövlətçiliyimizin xilaskarıdır. Bu gün Ulu Öndər  Heydər Əliyev ideyaları yaşayır və Azərbaycan xalqını zəfərdən-zəfərə qovuşdurur.
Gəncə 3 saylı Peşə Liseyinin müəllimi Şəlalə Abdullayeva çıxış edərək bildirib ki, hər bir xalq görkəmli şəxsiyyətləri ilə tanınır. Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının və ümumən  dünyanın qüdrətli şəxsiyyətlərindən biridir. Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi.  Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün dünya miqyasında sivil, hüquqi, demokratik, dünyəvi bir respublika kimi tanınır və qəbul edilir.
Tədbirdə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Qüdrətli dövlət quruculuğunun banisi” mövzusunda sərgi nümayiş olunub.

 

228.5 KB

 

237.4 KB