Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Damda yaşayan Karlson yenədə dəcəllik edir” kitabının xülasəsi keçirilib

07.12.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 06.12.2022-ci il tarixində Beynəlxalq Əlillər Günü ilə əlaqədar olaraq Gəncə şəhər qüsurlu uşaqların təhsil aldığı 45 №-li xüsusi məktəbdə İsveç yazıçısı Astrid Lindqrenin “Damda yaşayan Karlson yenədə dəcəllik edir” kitabının təqdimatını keçirtdi. Şöbənin kitabxanaçısı Kifayət Sadıqova ilk növbədə qeyd etdi ki, dünya şöhrətli yazıçı öz əsərlərində bütün dünyadakı böyükləri və uşaqları ovsunlayan xöşbəxt və son dərəcə cəlbedici sehrli uşaq aləmi yaratmışdır. Sonra  kitabı təqdim edərək bildirdi ki, kitab “Azərsell Telekom” şirkəti, İsveç Krallığının Bakıdakı Səfirliyi və Azərbaycan Respublikası Qaşqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət  Komitəsinin birgə layihəsi əsasında 2016-cı ildə “Əli və Nino” nəşriyyatı tərəfindən 136 səhifədən ibarət olaraq 1000 tirajla nəşr olunmuşdur. Kitabda çoxmərtəbəli binanın damında yaşayan şirni yemək və oyun oynamaq üçün 7 yaşlı “Balacanın” evinə arabir qonaq gələn  kürəyində pər və kiçik motor olan Karlsonun maraqlı sərgüzəştləri toplanmışdır. Maraqlı keçən kitab təqdimatında uşaqların verdikləri suallar ətraflı cavablandırıldı və qeyd olundu ki, kitabı Uşaq  Kitabxanasının fondundan əldə edə bilərlər. Tədbirin sonunda “Karlsonun  sərgüzəştləri” cizgi filmi nümayiş olundu.

 

130.6 KB