07.12.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı filialında 06.12.2022-ci il tarixində II Qarabağ müharibəsi şəhidi topçu Şahlar Nağıyevin 31 dekabr 35 illiyi münasibəti ilə anım günü keçirildi. Öncə 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə 9 saylı kitabxana filialının böyük kitabxanaçısı Təranə Həsənova tədbiri açıq elan edərək “Vətəni qoruyan şəhadətə qovuşan şəhidim” adlı çıxışından söz açaraq düşmənə qarşı mərdliklə vuruşaraq Şəhidlik zirvəsinə ucalan igid şəhidin fədakarlıq nümunələri hər zaman gənclərimizi rəşadətə ruhlandıracağını bildirdi. Tədbirdə Gəncə şəhər 37 nömrəli orta məktəbin müəllim və şagirdləri iştirak etdilər. Məktəbin tarix müəllimi Əfsanə Məmişova, Səidə Ağayeva tədbirdə bildirdilər ki, sağ olasan Vətən! Daha bir gənc sənin müqəddəsliyin uğrunda gözünü qırpmadan canını torpağı üçün Vətəninə qurban etdi. Həmin məktəbin 8-ci sinif şagirdləri “Xalqımızın qəhrəman oğul və qızlarının vətənin müdafiəsi uğrunda gözlərini belə qırpmadan canlarından keçməsi hər bir kəs üçün daim nümunə olaraq qalacaqdır” adlı çıxışlar etdilər Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik məqamına ucalan bütün Vətən övladlarının qarşısında baş əyirik!