07.12.2022
06.11.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi Beynəlxalq İsan Hüquqları gününə dair “ Sənin hüquqların səni qoruyur” adlı dəyirmi masa keçirdi. Tədbir uşaq şöbəsinin fəal oxucuları ilə birgə keçirildi.Uşaq şöbəsinin kitabxanaçısı Zəminə Məmmədova uşaqları salamladı və “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti” haqqında geniş məlumat verdi. Uşaqların həyatını qorumaq hər kəsin başlıca vəzifəsidir. On səkkiz yaşına qədər hər biriniz uşaq sayılıysınız və bütün pozulmaz və ayrılmaz hüquqlara sahibsiniz. Sizlər öz hüquqlarınızdan tam istifadə etməniz üçün dövlət tərəfindən lazımı bütün işlər görülür və uşaq
hüquqlarına dövlət nəzarət edir. Siz uşaqların təhsil alması üçün dövlət tərəfindən bütün imkanlar yaradılır. Multmediya Resusları Üzrə Mütəxəssisi İlahiyyə Sadıqova uşaqlara “Uşaqlar və internet təhlükəsizliyi” haqqında danışdı. Müasir dövürdə gündəlik yaşam tərzinin bütün sferalarına nüfuz edən internet müxtəlif məlumatların əldə olunması, eləcə də asan ünsiyyət vasitəsinə çevrilmişdir. Sizlərin internetdən təhlükəsiz istifadəsi əsas məsələlərdən sayılır. Təhlükəsizlik üçün qarşıya qoyulmuş şərtlərə əməl etsəniz internetdə təhlükəsizliyiniz təmin olunar. Dövlət uşaqların sağlamlığının qorunması, təhsil almasına, peşə seçmələrinə, əməyə cəlb olunmasına köməklik edir. Siz uşaqların tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Dövlətimizdə onların bu vəzifələrini ən yaxşı formada yerinə yetirə bilmələri üçün hər cür asanlaşdırıcı şərait yaradıb və lazimi köməklik göstərir. Sonra uşaqların verdiyi suallar cavablandırıldı.