06.12.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Xanqərvənd kənd Mədəniyyət Evində Kitabxana filialı ilə birlikdə 02.12.2022-ci il tarixində 3 dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə “Əlillər cəmiyyətin ayrılmaz hissəsidir” adlı dəyirmi masa keçirilmişdir.
Tədbirdə Xanqərvənd kənd Mədəniyyət Evi, Kitabxana Filialının əməkdaşları və müxtəlif kateqoriyadan olan əlillər iştirak etdilər.
Xanqərvənd kənd Mədəniyyət Evinin direktoru Təranə Musayeva tədbirdə iştirak edənlərə əlilliyi olan insanlar, sağlamlıq imkanları məhdud uşaqlar haqqında danışdı.
Həmçinin tədbirin davamında fiziki qüsurlu insanlara qarşı qayğıkeş münasibətin zəruriliyindən, onların idman və digər sahələrdə özlərini ifadə etmək bacarıqlarından da ətraflı söhbət açdı.
Tədbiri keçirməkdə məqsədimiz əlillərin cəmiyyətin bütün üzvləri ilə bərabər səviyyədə olduğunu xatırlatmaq, uşaqlarda əlilliyi olan insanlara mərhəmət hissələrini aşılamaqdır.
Əlillər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə etdilər.