Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ümid işığı ilə yaşayanlar” başlığı altında söhbət keçirilib

06.12.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər  Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialında 3.12.2022 - cil tarixində Beynəlxalq Əlillər  Günü ilə əlaqədar “Ümid işığı ilə yaşayanlar” başlığı altında söhbət keçirildi. Tədbiri giriş sözü ilə açan  1 saylı filialın kitabxanaçısı  Günay Əmiraslanova  qeyd etdi ki, hər il dekabrın 3-ü bütün dünyada Beynəlxalq əliiər günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması  diqqət və qayğının artırılması məqsədi daşıyır. Cəmiyyətimizdə əlillərə və yaşlı insanlara hər zaman dərin ehtiram olub, onlar daim qayğı və nəvazişlə əhatə olunub.Tədbirdə  Mehdi Mehdizadə adına 4 saylı tam orta məktəbin müəllim və şagirdləri,  kitabxanamızın ərazisində yaşayan yaşlı nəslin nümayəndələri iştirak  edirdi. 4 saylı məktəbin tarix müəllimi Əfsanə Sadıqova qeyd etdi ki, Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər əlil hesab olunur. Azərbaycanda əlil  insanlara dövlət qayğısı ildən-ilə artır. Ehtiyacı olan tənha əlillərə, əlil ər-arvadlara, əlilliyi olan şəxslərə sosial xidmətçilər tərəfindən evdə (səyyar) sosial xidmətlər göstərilir. Sosial xidmətçilər tənha ahıl və əlilliyi olan şəxslərin evlərinə gedərək onlara ev işlərində köməklik göstərirlər. Əlillərə qayğı və ehtiram hər bir insanın borcudur.

 

85.3 KB