Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Hər zaman vətənə xidmətdə” başlıqlı onlayn görüş keçirilib

06.12.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 5 Dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə 5.12.2022-ci il tarixdə "Hər zaman vətənə xidmətdə" başlıqlı bir qrup könüllülərlə onlayn görüş keçirdi. Görüşü açan kitabxana filialının müdiri Rahilə Qasımova tələbə könüllüləri 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik etdi və bu günün BMT Baş Assambleyasının 1985-ci ildə qəbul etdiyi qətnamə əsasında dünyada qeyd edildiyini söylədi. Tədbirdə iştirak edən AMEA-nın Gəncə bölməsinin Nizami Gəncəvi irsinin tərcümə şöbəsinin baş elmi işçisi Aləmzər Tağıyeva, AYB üzvü Gəncə YB baş məsləhətçisi şairə Aləmzər Əlizadə könüllüləri bu gün münasibəti ilə təbrik etdilər. Görüşdə könüllülərdən Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin könüllüsü Aysel Məmmədova, Az.TU-nın Tələbə Gənclər Təşkilatının sədr müavini Namiq İmanov,"Xarici Dillər" dərnəyinin sədri Leyla Paçalova, Namiq İbadullayev, Əli Abbaszadə, Albina Dibirova və başqaları çıxış etdilər. Könüllülər öz çıxışlarında xalqımıza, dövlətimizə, milli-mənəvi dəyərlərimizə bağlılıq naminə birləşərək mənəvi xidmət göstərməyə hazır olduqlarını bildirdilər. Görüşdə dövlət və qeyri-dövlət təşkilatlarının yanında yaradılmış könüllülər qurumundan, onların uğurlarından xüsusən ölkəmizdə könüllülər hərəkatının inkişafında Gənclər Fondunun fəaliyyətindən danışdılar. Tədbirdə "Könüllü fəaliyyəti haqqında" qəbul edilmiş qanundan, 2020 -ci ilin "Könüllülər ili" olmasından və 44 günlük II Qarabağ - Vətən müharibəsində tarixi qələbəmizdə könüllülərin fədakarlığından söhbət açıldı. Sonda qeyd edildi ki, Prezident İlham Əliyevin könüllülərin işini dəstəkləməsi və bu gün həmin könüllülərin dövlət qurumlarında müxtəlif vəzifələrdə işləməsi bunun bariz sübutudur. Könüllülər görüşün sonunda vətənimizin tərəqqisi naminə hər zaman çalışmağa hazır olduqlarını söylədilər.