06.12.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Seyidlər kənd kitabxana filialı 02.12.2022-ci il tarixində Beynəlxalq Əlillər Günü münasibətilə Qazi Abdullayev Sərvan Səxavət oğlu ilə görüş keçirilib. Görüş zamanı Seyidlər kənd kitabxana filialının müdiri Məmmədova Xatirə giriş sözü ilə açaraq bildirdi ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışıb, şəhidlərimizin, qazilərin qəhrəmanlıqlarından söz açıb və ərazi bütövlüyümüz uğrunda canlarından keçən igid oğulların əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıb. Sonra 44 günlük Vətən müharibəsinin iştirakçısı Abdullayev Sərvan Səxavət oğlu keçdiyi döyüş yolundan danışıb, gələcək nəsillərin, bundan sonra daha vətənpərvər, daha məğrur böyüyəcəklərini diqqətə çatdırıb. Bu gün də Vətən üçün, torpaqlarımızın azadlığı və müdafiəsi üçün döyüşə hazır olduqlarını bildirən qazilər görüşün keçirilməsindən məmnunluq hissi keçirdiyini qeyd edib. Sonda Qazi Abdullayev Sərvanın Vətən uğrunda göstərdiyi şücaətə görə təltif edilən medal və diplomlara iştirakçılar baxdıqdan sonra xatirə şəkili çəkdirdilər.