Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bülbül adına 3 saylı Uşaq Musiqi Məktəbində sinif konserti keçirilib.

02.12.2022

Gəncə Regional Mədəniyyət idarəsinin tabeliyində olan Bülbül adına 3 saylı Uşaq Musiqi Məktəbində müəllimlərdən Məmmədova Gülçin, Məmmədova Ləman və İbrahimova Günelin birgə sinif konserti keçirilmişdir. Konsertdə ifa olunan əsərlərin ifası zamanı əsərlərdə ifadə olunan  obrazlar səhnəciklər şəklində digər şagirdlər tərəfindən səhnələşdirilmişdir. Burada F.Əmirovun "Lay-lay" əsərində beşik və ana T.Quliyevin " Göldə " pyesində ququlsqrının obrazı, Dahi  Avstriya bəstəkarı V.A.Mosartın əsəri ifa olunan zaman bəstəkarın obrazı və digər səhnəciklər dinləyiciləri feyziyab etmişdir. Konsertdə Tık-tık xanımın rəqsi , hind xalq rəqsi,xarı bülbül rəqsi şagirdlər tərəfindən maraqla ifa olunmuşdur. Konsertdə şagirdlərlə yanaşı müəllimlərdən Ləman Məmmədova , Gülçin Məmmədova , Günel İbrahimova, Əli Əhmədov, Akif Kazımov çıxış etmişlər. Tədbirdə qarşıda gələn bayramın abu havası hiss olunmuşdur.

 

136.2 KB

 

116.1 KB