Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Əlillər cəmiyyətin ayrılmaz hissəsidir” başlıqlı söhbət keçirilib

02.12.2022

 Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı kitabxana filialı 02.12.2022-ci il 3 dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə “Əlillər cəmiyyətin ayrılmaz hissəsidir” başlıqlı söhbət keçirtdi.

 Tədbirdə Gəncə şəhər 37 saylı orta məktəbin şagirdləri iştirak etdilər. Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Filial müdiri Səkinə Hacıyeva tədbirdə iştirak edənlərə əlilliyi olan insanlar, sağlamlıq imkanları məhdud uşaqlar haqqında danışdı. Həmçinin tədbirin davamında fiziki qüsurlu insanlara qarşı qayğıkeş münasibətin zəruriliyindən, onların idman və digər sahələrdə özlərini ifadə etmək bacarıqlarından da ətraflı söhbət açdı.

 Tədbiri keçirməkdə məqsədimiz əlillərin cəmiyyətin bütün üzvləri ilə bərabər səviyyədə olduğunu xatırlatmaq, uşaqlarda əlilliyi olan insanlara mərhəmət hissələrini aşılamaqdır.

 

 

81 KB