Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qələbəmiz tariximizin şanlı səhifəsidir” adlı tədbir keçirilib

02.12.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Hazırəhmədli kənd Mədəniyyət Evində Kitabxana Filialının birgə təşkilatçılığı ilə "Qələbəmiz tariximizin şanlı səhifəsidir" adlı tədbir keçirilmişdir.

Keçirilən tədbirdə Vətən müharibəsinin Şəhid ailələri, Müharibə iştrakçıları, İctimaiyyətçilər, Hazırəhmədli İcra Nümayəndəliyi, Cəmiyyət sədrləri, Hazırəhmədli kənd tan orta məktəbinin müəllimləri və şagirdlər iştrak etmişdir.

Tədbirdə torpaqlarımızın suverenliyi uğrunda canlarından keçərək Şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət işçisi Elçin Tağıyev Şəhid ailələrinə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun adından dərin hüzünlə başsağlığı verərək Şəhidlərimizə uca Allahdan rəhmət, Qazilərimizə sağlam can arzulamışdı.

Çıxış edən natiqlər Şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan söhbət açaraq onlarla bağlı xatirələrini bölüşdülər.

44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının Dəmir yumruğu və qüdrətli Azərbaycan Ordusunun gücü naminə zəfər qələbəsi ilə yekunlaşdı.

Biz torpaqlarımızı Şəhidlərimizin canı-qanı və Qazilərimizin sağlamlığı naminə azad etdik.

Yüksəkliyə can atmaq insanın təbiətindəndir.

Bu yüksəlişin ən uca zirvəsi isə şəhidlikdir.

Torpaq uğrunda canını fəda edən vətən övladı əslində ölmür, ölümü ilə əbədilik qazanır, şəhidlik zirvəsinə ucalır.

Bundan böyük hünər, bundan yüksək ucalıq ola bilərmi?!

Şəhidlik ən ali, müqəddəs və şərəfli zirvədir.

Çünki şəhidlər Vətənin, millətin yolunda şüurlu surətdə öz canlarından keçən insanlardır.

Bu cür insanlar yüksək əxlaqi keyfiyyətlərə malik olmaqla, qəlblərində Vətənə, millətə sevgi olduğu üçün şəhidlik mərtəbəsinə ucalırlar.

Bu mərtəbəyə yalnız müqəddəs amalları uğrunda çarpışan, qorxu nədir bilməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər.

Vətənimizin hər qarış torpağı üçün canından keçən qeyrətli oğullarımız, qızlarımız kimi. Azadlığı, müstəqilliyi babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalqımızın başını uca tutmağa, qürur hissi keçirməyə tam mənəvi haqqı vardır deyə natiqlər bildirmişdir.

Tədbirdə iştrak edən Şəhid ailələrinə Şəhidlərimizin şəkilləri əks olunmuş Xatirə Tabloları təqdim edilmişdir.

Şəhid ailələri Qazilər onlara göstərilən diqqət və qayğıya ölkə başçısı cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə etdilər.

Tədbir Hazırəhmədli kəd tam orta mktəblilərinin hazırladıqları vətənpərvərlik mövzusunda şeir parçaları ilə davam etdirildi.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

 

230.1 KB

 

201.7 KB