02.12.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzi Kitabxana Sisteminin Səyyar şöbəsi 01.12.2022-ci il tarixdə QİÇS-ə Qarşı Mübarizə Günü "Sağlam Gənclik - sağlam gələcək" başlıqlı söhbət keçirdi. Söhbəti açan kitabxanaçı Lalə Dadaşova QİÇS-lə Mübarizə Gününün yaranma tarixi və QİÇS xəstəliyi haqqında qısa məlumat verdi. Tədbirdə Səməd Vurğun adına 41 nömrəli tam orta məktəbin həkimi Vəfa Əliyeva QİÇS-in insanlara necə yoluxması haqqında məlumat verdi. O, qeyd etdi ki, QİÇS insanlara bir çox yolla yoluxa bilir.Əsasən üç yolla baş verir.
1.cinsi əlaqə yolu ilə.
2.Virusla infeksiyalaşmış iynə ilə sağlam adama damardaxili infeksiyalar zamanı..
3.Transplasentar yolla- xəstəliyin xəstə anadan bətndaxili dövrdə cift vasitəsilə dölə keçməsi.
Sonda tədbirdə iştirak edən şagirdlərin çox saylı suallarını həkim cavablandırdı.