02.12.2022
02.12.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində Beynəlxalq Əlillər Günü münasibətilə " Əlillərə qayğı gösdərək" adlı dəyirmi masa təşkil olunub.
Mədəniyyət Mərkəzinin rejissoru Ramin Orucov açdı. O, çıxış edərək bildirib ki, əlil insanların hüquqlarına, yaşadıqları çətinliklərə və problemlərin həlli yollarına diqqət çəkmək məqsədilə 1992-ci ilin 14 oktyabrında 3 dekabr tarixi Beynəlxalq Əlillər Günü olaraq qəbul edilib. Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşır. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyaya qoşulub. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslı tədbirlərin əsası Heydər Əliyev tərəfindən qoyulub.İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilib. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reablitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb. Bakıda və regionlarda əlillər üçün reablitasiya mərkəzləri, protez-ortopedik müəssislər yaradılıb.
Daha sonra Mədəniyyət Mərkəzin metodisti Namazova Nurcahan qeyd edib ki, dünyada təqribən bir milyard əlil yaşayır və bu da dünya əhalisinin təqribən 15 faizini təşkil edir. Azərbaycanda isə əhalinin 6 faizdən az hissəsi, yaxud təqribən 570 min nəfəri əlildir. Cəmiyyət yalnız o halda uğurlu hesab edilir ki, orada əlillər qayğı ilə əhatə olunur, onlar üçün hər cür şərait yaradılır.Ulu Öndər Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşıb, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Ümummilli Lider Heydər Əliyevin “Biz əlillər üçün, onların yaşaması üçün, əmək fəaliyyətinə cəlb olunması, öz daxili imkanlarından, istedadlarından istifadə etmələri üçün daha da geniş şərait yaradacağıq” fikri dövlətimizin sosial siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyən olunub və Prezident İlham Əliyev cənablarının uğurlu sosial siyasəti digər sahələrdə olduğu kimi, bu tədbirlərin də getdikcə daha geniş vüsətlə davam etdirilməsinə imkan yaradıb.
Əlillərin, şəhid ailələrinin və müharibə veteranlarının sosial müdafiəsi ölkə prezidenti İlham Əliyev cənablarının daim diqqət mərkəzindədir.Dövlət başçısının əhalinin sosial problemlərinin həllinə xüsusi qayğısı əlillərin həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpasına şərait yaradıb. Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.