02.12.2022
02.12. 2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mədəniyyət Mərkəzində çoxəsrlik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən qüdrətli söz ustası Hüseyn Cavidin anadan olmasının 140 illiyi ilə əlaqədar ”Əbədi hürriyyət şairi Cavid “ adlı tədbir keçirildi.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü , torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olmuş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Gəncə şəhər Mədəniyyət Mərkəzinin bədii rəhbəri Eldar Məmmədov çıxış edərək qüdrətli söz ustası Hüseyn Cavidin anadan olmasının 140 illiyinin qeyd edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 sentyabr 2022 -ci il tarixli sərəncamından bəhs etdi.
Gəncə şəhər Mədəniyyət Mərkəzinin metodisti Gülarə Qurbanova Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında məlumat verdi. O, qeyd etdi ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi ,milli romantik şeirin və mənzum faciənin banisidir. O,”Şeyx Sənan “,” Topal Teymur “,” İblis “, “Xəyyam “ , “Səyavuş”dramlarının və bir sıra şeir və qəzəllərin müəllifidir .
Daha sonra O,bildirdi ki, Azərbaycan ədəbiyyatı tarixinə parlaq səhifələr yazmış Cavid bütün ədəbi fəaliyyəti boyu həqiqəti, insanpərvərliyi və gözəlliyi tərənnüm edib .Ozünü “Səma şairi” adlandıran Hüseyin Cavid göydə bərq vuran ulduzlar kimi hər zaman Azərbaycan ədəbiyyatı içərisində parlayır. Faciələr yazan ,özü faciələrlə üzləşmiş şair 1937-ci ildə, yaradıcılığının ən parlaq çağlarında , Azərbaycan ədəbiyyatına böyük bəhrələr verdiyi bir zamanda repressiyaya uğradı.
Gəncə şəhər Mədəniyyət Mərkəzinin kütləvi işçisi Laləxanım Hacıyeva öz çıxışında qeyd etdi ki , Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Cavidin nəşinin uzaq Sibirdən vətəninə gətirilməsi və məzarı üzərində məqbərəsinin ucaldılması adi sovet totalitarizminin günahsız qurbanlarının rəmzinə çevrilmiş
sənətkarların və 1930-cu illərdə repressiyalara uğramış ziyalılarının xatirəsinə ehtiramın ifadəsidir.
Tədbirdə kurs tələbələri və ərazi sakinləri iştirak etdilər.