01.12.2022
Goranboy rayon Qaradağlı kəndində Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Qaradağlı kənd Diyarşünaslıq Evində Fəxralı kənd Mədəniyyət Evi və Şadılı,Qurbanzadə kənd Klublarınun birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin 881 illiyinə həsr olunan “Nizami irsinin qorunması” adlı tədbir keçirilib.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək Şəhidlik məqamına ucalmış Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qaradaglı kənd Diyarşünaslıq Evində təşkil olunmuş Nizami Gəncəvinin “Xəmsə”sinə həsr olunan rəsm sərgisi, əsərlərinə və Şəhidlərimizin xatirəsinə həsr olunmuş güşəyə baxış keçirilmiş və Dilbazi Əliyeva geniş məlumat vermişdir.
İştrakçılar çıxışlarında dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin 881 illiyinə həsr olunan tədbirlərə bu gündən start verildiyini vurğulayıblar.
Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan etməsini Nizami Gəncəvi irsinə göstərilən xüsusi diqqət olduğunu bildirib və dahi şairin 881 iliyinə həsr olunmuş silsilə tədbirlərin bütün mədəniyyət müəssisələrində keçiriləcəyini diqqətə çatdırıb.
Tədbirdə Nizami Gəncəvinin həyatı, yaradıcılığı, Nizami irsinin tədqiqi və təbliği barədə danışıblar.
Sonda dahi şairin qəzəlləri əsasında hazırlanan musiqi proqramı və şeir parçaları nümayiş olunub.