01.12.2022
Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət Mərkəzlərində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 881 illiyinə həsr edilmiş tədbirlər keçirilmişdir.
01.11.2022-ci il tarixində Goranboy rayon Mədəniyyət Mərkəzinin Xoylu kənd Mədəniyyət Evində Kitabxana Filialının birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 881 illik yubleyinə həsr olunmuş tədbir keçirilmişdir.
Xoylu Kənd Mədəniyyət Evinin səhnəsində qədim adət-ənənələrimizi əks etdirən ekspanatların sərgidi və Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən kitab sərgiləri təşkil edilmişdir.
İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək Şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Xoylu kənd Mədəniyyət Evi və Kitabxana Filialının yaradıcı kollektivi və ictimaiyyət nümayəndələri, məktəblilər iştirak edib.
Çıxış edənlər cari ilin “Nizami Gəncəvi ili” elan edilməsini, Azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürü olduğunu qeyd ediblər. Bu il də olduğu kimi Nizami Gəncəvinin 881-ci il dönümü yüksək səviyyıdə qeyd edilir.
Bildirilib ki, milli-mənəvi dəyərlərə hörmət ulu öndər Heydər Əliyevin apardığı siyasətin mühüm tərkib hissələrindən idi. Məhz Ümummilli Lider hakimiyyətdə olduğu dövrdə Azərbaycan mədəniyyətinə, milli-mənəvi dəyərlərə hər zaman xüsusi diqqət yetirilib və bu siyasətin məntiqi davamıdır ki, bu gün ölkə üzrə mütəfəkkir şairimizin irsini təbliğ edən silsilə tədbirlər keçirilir.
Mədəniyyət Evlərində təşkil olunan dahi şairin xatirəsinə həsr olunmuş silsilə tədbirlər tədbir iştrakçılarının və tamaşaçıların həyatında mühüm rol oynayır deyə bildirilmişdir.
Tədbir Nizami Gəncəvinin şeirləri ilə məktəblilərin ifasında davam etdirildi.