Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Təbiətə mərhəmət et insan!” adlı dərs-dialoq keçirilib

01.12.2022

29.11.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi “Təbiətə mərhəmət et insan!” adlı dərs-dialoq keçirdi.
Tədbir M.Ə.Sabir adına 1saylı lisey məktəbi 3a sinifi ilə birgə keçirildi.
Dərsdə uşaqlar təbiətin ecaskar dünyasına virtual səyahət etdilər. Nəsli kəsilməkdə olan heyvanlar haqqında, meşənin insan həyatındakı rolundan bəhs edən videoçarxlara baxdılar. Uşaqlar meşələrin sərvəti, sakinləri, meşənin əhəmiyyəti, mühafizəsi haqqında çoxlu maraqlı şeylər öyrəndilər.
Bəşəriyyətin tarixi təbiət tarixi ilə qırılmaz şəkildə bağlıdır. İnsanlar yaxın gələcəkdə təbiətə qayğı göstərməyi öyrənməsələr, özlərini məhv edəcəklər. Bunun üçün isə ekoloji mədəniyyət və məsuliyyət tərbiyə edtmək lazımdır .
Onlar fəal söhbət edib ,sualları cavablandırıb, təbiətə aid şeirlər söylədilər. Tədbirin yekun hissəsində uşaqlar “Təbiəti Qoruyacağıq” sözü verdilər.

 

129.3 KB