01.12.2022
30 noyabr 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana filialının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə əlaqədar görkəmli bəstəkar, tanınmış ictimai xadim Fikrət Əmirovun anadan olmasının 100 illik yubileyi münasibətilə "Müasir aləminin dahiləri" adlı tədbir keçirildi. Tədbirdə Mərkəzi Kitabxananın təşkil etdiyi "Musiqi onun həyatının mənası idi" başlıqlı kitab sərgisinə baxış keçirildi. Heydər Əliyev Mərkəzinin elmi-işçisi Şəbnəm Əliyeva Fikrət Əmirovun həyatı haqqında , Mərkəzi Kitabxananın Xidmət şöbəsinin müdiri Səidə Abdullayeva, Şəhər Kitabxana filialının müdiri Nərgiz Məmmədova mövzu ətrafında geniş və ətraflı məlumat verdilər.