01.12.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında 01.12.22 - ci il tarixdə QİÇS-ə Qarşı Mübarizə Günü ilə əlaqədar "QİÇS haqqında bilmədiklərimiz -virusdan necə qorunmalı?" adlı Zoom proqramı ilə görüş keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın müdiri Natella Hacıyeva açaraq QİÇS - lə Mübarizə Gününün yaranma tarixi,QİÇS xəstəliyi, onun yaranma səbəbləri haqqında məlumat verdi,sonra isə sözü canlı bağlantıdakı qonağımız -Zülfüqar Məmmədov adına Birləşmiş xəstəxananın şöbə müdiri həkim Aygün Əhmədovaya verdi.Həkim "Qiçs haqqında bilmədiklərimiz və bu virusdan necə qorunmalı?" mövzusunda ətraflı çıxış etdi.Tədbirin sonunda həkim vurğuladı ki,çoxları belə bir günün və xəstəliyin olduğundan xəbərsizdir və tədbir bu cəhətdən təqdirəlayıqdir.