Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”QİÇS-lə mübarizədə həmrəy olaq” başlıqlı onlayn görüş keçirilib

01.12.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı  1.12.2022-ci il tarixdə 1 dekabr-Ümumdünya QİÇS-lə Mübarizə Gününə aid "QİÇS-lə mübarizədə həmrəy olaq" başlıqlı onlayn görüş keçirdi. Görüşü açan kitabxana filialının müdiri Rahilə Qasımova QİÇS(Qazanılmış İmmun Çatışmazlığı Sindromu) xəstəliyi haqqında qısa  məlumat verdi.
Tədbir iştirakçılarını maarifləndirmək məqsədilə QİÇS nədir, hansı yollarla keçir və qorunma üsulları haqqında məlumat vermək üçün Azərbaycan Respublikasının  QİÇS-lə Mübarizə Mərkəzinin Gəncə bölməsi üzrə QİÇS Mərkəzi Laboratoriya şöbəsinin müdiri Afaq Əsədova dəvət edilmişdir. Həkim QİÇS-in  XX əsrdə    meydana çıxması lakin hazırda bütün dünyada  çox geniş yayılaraq müasir səhiyyənin, bütün bəşəriyyətin və dünya birliyinin ən qlobal problemlərindən sayılan  patologiya olduğunu söylədi.  Tədbirdə HİV nədir, QİÇS-in hansı yollarla keçməsi, simptomları və qorunma yolları haqqında ətraflı məlumat verildi. Görüşdə konstitusiyamızda  QİÇS-lə bağlı qəbul edilmiş qanunlar haqqında da söhbət açıldı. Həkimlə görüşü keçirməkdə məqsədimiz insanları maarifləndirmək və bu   xəstəlikdən  onları
 qorumaqdır.
Sonda həkim  tədbir iştirakçılarının çox saylı suallarını cavablandırdı.

 

1.2 MB