Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Laçın Bizimlədir” adlı dəyrimi masa keçirilib

01.12.2022

01.12.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi Sərkar kənd Folklor evi və Samux Rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin Sərkar kənd kitabxana filialının birgə təşkilatçılığı ilə "Laçın Bizimlədir" adlı dəyrimi masa keçirildi. Tədbirdə Sərkar kənd Folklor evinin kollektivi və Sərkar kənd kitabxana filialının işçiləri və Sərkar kənd Nizami Gəncəvi adına tam orta məktəbin şagirdləri iştirak etdilər. Tədbirdə qeyd edildi ki, Laçın rayonu Azərbaycan Respublikasının cənubi- qərbində, dağlıq ərazidə  yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermanistan Respublikası ilə həmsərhəddir. Dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri,coxlu mineral suları kobalt, uran,civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri və s.vardır Laçın rayonu 18 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edildi. Azərbaycan Respublikası ,Rusiya Federasiyası Prezidentləri və Ermənistan  Respublikası baş nazirinin  imzaladığı üçtərəfli  bəyanata əsasən 1 dekabr 2020-ci ildən etibarən  Laçın rayonu 28- il sonra yenidən Azərbaycan Respublikasının nəzarəti altına keçmişdir. Sonda söz bədii-qiraət dərnəyinin üzvlərinə verildi.

 

89 KB