29.11.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı 29.11.2022-ci il tarixdə Ümumdünya Təbiəti Mühafizə Cəmiyyətinin yaranması gününə aid "Təbiət bizim anamızdır" başlıqlı söhbət keçirdi. Tədbirdə kitabxanaçı Sevil Əliyeva söylədi ki, 29 noyabr Ümumdünya Təbiəti Mühafizə Cəmiyyətinin yaranması günüdür. Kitabxanaçı həmçinin Ümumdünya Təbiəti Mühafizə Cəmiyyətinin hansı zəruriyyətdən yaradılması haqqında məlumat verdi. Bu cəmiyyət dünyanın çox saylı dövlət və dövlət qrumlarını, qeyri -hökumət təşkilatlarını
və dünyanın çox saylı tanınmış alim və ekspertini özündə birləşdirir. Tədbirdə həm də ölkəmizdə yaradılmış milli parklar orada keçirilən müxtəlif yaş qruplarına aid maraqlı tədbirlər və ekoturizm haqqında da söhbət açıldı. Tədbirdə həm də ölkəmizdə olan dəniz və çaylardan, yeraltı və yerüstü sulardan, meneral xammallardan istifadə, ətraf mühitin qorunması və təbiətdən istifadə haqqında da məlumat verildi.
Tədbir məktəblilərin çox saylı suallarının cavablandırılması ilə yekunlaşdı. Bu tədbiri təşkil etməkdə məqsədimiz yeniyetmələrə təbiətimizi sevməyi və ona qayğı ilə yanaşmağı aşılamaqdır.