29.11.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzi Qızılhacılı qəsəbə Diyarşünaslıq evində 29.11.2022-ci il tarixdə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Yunis Əliyevə həsr olunmuş tədbir təşkil olundu. Tədbirdə Goranboy rayon İcra hakimiyyətinin birinci müavini Seymur Nazarov və Goranboy Rayon Yeni Azərbaycan partiyasının sədri Elçin İsmayılov Milli Qəhrəman Yunis Əliyevin keçdiyi döyüş yolundan danışdılar. Tədbirin sonunda iştrakçılara Azərbaycan Respublikasının Milli Qəhrəmanı Yunis Əliyevə həsr olunmuş qısametrajlı film təqdim olundu.