29.11.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsinin 28.11.2022-ci il tarixində təşkil etdiyi nağıl saatında uşaqlar yazıçı Gülzar İbrahimovanın nağıllar aləminə toplandılar. Növbəti nağıl saatında kitabxanaçı Nərmin Qasımova məktəblilərə yazıçının “Qırmiziyanaqla qırmızıpapağın nağılı” nı oxudu. Böyük maraqla nağıla qulaq asan uşaqlar yeni eşitdikləri nağılı diqqətlə dinlədilər. Nağılı necə mənimsədiklərini bilmək üçün uşaqlara nağıl haqqında suallar verildi. Böyük canlanma ilə keçən nağıl saatı gözəl əhval-ruhiyyə ilə sona çatdı.Nağıl saatında 27 nömrəli məktəbin şagirdləri iştirak etdilər.