Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qələbə şəhidləri” adlı III cildlik kitabların təqdimatı keçirilib

29.11.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 28.11.2022-ci il tarixdə II Qarabağ Vətən müharibəsinə həsr edilmiş "Qələbə şəhidləri" adlı III cildlik kitabların təqdimatını keçirdi.
Tədbir iştirakçıları Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri 24 saylı kitabxana filialının müdiri  Rahilə Qasımova açaraq  "Qələbə şəhidləri" kitabları haqqında məlumat verdi:İbrahim Hüseynovun tərtib etdiyi bu kitablar  Şanlı Qələbə tariximizə həsr edilmişdir. III cildlik  kitablarda Tovuz təxribatı, II Qarabağ Vətən müharibəsinin tarixcəsi, həmçinin Şəhidlik zirvəsinə ucalan canlarını Vətən uğrunda qurban verən cəsur igidlərimizin həyatı və döyüş yolu yer almışdı.
Tədbirdə iştirak edən tarix müəllimi Arifə Abbasova II Qarabağ Vətən müharibəsində qalib ordumuzun, xalqın Ali Baş Komandan ətrafında sıx birliyindən və Şanlı qələbimizdən danışdı. Müəllim Raidə İsmayılova və həkim Tinatin Qasımova bu Şanlı qələbə üçün Şəhidlərimizə borcluyuq söylədilər. 
Bu tədbiri keçirməkdə məqsədimiz gənclərimizə Şəhidlərimizi tanıtmaq və vətənpərvərliyə  çağırış etməkdir.
Tədbirdə  kitabxananın fəal  oxucuları iştirak etdilər.

 

82.4 KB