Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Fikrət Əmirovun musiqi dünyası” adlı sərgi təşkil olunub

29.11.2022

28.11.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialında  dahi Azərbaycan bəstəkarı, musiqi xadimi Fikrət Əmirovun anadan olmasının 100 illiyi ilə bağlı “Fikrət Əmirovun musiqi dünyası” adlı sərgi təşkil olundu.
Tədbiri filialın müdiri Esmira Həsənova açaraq bəstəkarın həyat və yaradıcılğı haqqında məlumat verdi. Azərbaycanı dünyaya tanıdan milli bəstəkarlıq məktəbinin ən layiqli nümayəndələrindən biri olan Fikrət Əmirov sağlığında ölməzlik qazanmış sənətkarlardandır. Onun yaradıcılığı ХХ əsr Azərbaycan musiqi tarixinin ən parlaq səhifələrindəndir. Fikrət Əmirovun musiqisi öz coşqunluğu, ehtirası, təsirli ifadə gücü, melodikliyi, zəngin harmoniya və orkestr çalarları ilə dinləyicini valeh edir. 
Sərgidə bəstəkarın həyat və yaradıcılığını əks etdirən kitablar nümayiş olundu.
Tədbirdə kitabxananın fəal oxucuları ilə yanaşı Gəncə Dövlət Rəsm Qalereyasının əməkdaşları iştirak etdi.

 

229.8 KB