29.11.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 28.XI.2022-ci il tarixində Ümumdünya təbiəti mühafizə cəmiyyətinin yaranması günü münasibətilə “Təbiət bizim evimizdir, evimizi qoruyaq” adlı dəyirmi masa keçirtdi. Tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edildi MKS-nın 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva
tədbiiri açıq elan edərək “Azərbaycanda ətraf mühitin mühafizəsi”, Gəncə şəhər Şah İsmayil Xətai adına 13 saylı tam orta məktəbin biologiya müəlliməsi İlahə İsgəndərova “Təbiətin qorunması, mühafizə olunması ümumxalq işidir” , təlim tərbiyə işləri üzrə direktor müavini Rasim Alıyev “Təbiət ümumi evimizdir”, məktəbin psixoloqu Qətibə Mustafayeva “Vətənimizin zəngin təbiəti xalqımızın sərvətidir”, Uşaq birliyi təşkilatının rəhbəri Qənifə Nağıyeva “Flora və faunasına can yandırmaq hər bir Azərbaycan vətəndaşının övladlıq borcudur”, kitabxana müdiri Ruziyə Abbasova “Doğma yurdumuz Azərbaycan misilsiz gözəlliklər diyarı, zəngin təbiət muzeyidir” adlı çıxışlar etdilər. Tədbirin sonunda İlahə İsgəndərova hər bir vətən övladının doğma Vətənimizin hər gülünün, çiçəyinin qədrini bilməli, təbiətin nadir inciləri olub, adı Qırmızı kitab düşən bitki, ağac və heyvanları qorumalı, ona qayğı ilə yanaşmalı olduğunu bildirdi.