27.11.2022
26.11.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Gəncə -Daşkəsən Regional Təhsil İdarəsi Samux rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Azərbaycan dramaturgiyasında əvəzsiz zirvə olan Hüseyn Cavidin anadan olmasının 140 illiyi ilə əlaqədar olaraq "Hüseyn Cavid ömrü" adlı onlayn tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova Azərbaycan ədəbiyyatının ən böyük hamilərindən biri olan ümumilli lider Heydər Əliyevin Hüseyn Cavid nəşinin Vətənə qaytarılmasında həmçinin onun qəbri üzərində məqbərənin ucaldılmasında göstərdiyi misilsiz xidmətlərindən danışdı. Hüseyn Cavid çətin və keşməkeşli həyatı ilə bağlı oxuduğu xatirələrdən danışdı.
Tədbirin fəxri qonağı Hüseyn Cavid Ev Muzeyinin aparıcı elmi işçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfzadə tədbir iştirakçılarına Hüseyn Cavid Ev Muzeyinin fəaliyyəti, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ədibin 140 illiyinin qeyd edilməsi ilə əlaqədar müvafiq sərəncamın verilməsi dövlət səviyyəsində xalqın öz aliminə verdiyi üstün qiymətə bariz nümunə olması haqqında danışdı. Daha sonra Hüseyn Cavid ilə bağlı bir çox tarixi mənbələrdə olan məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırdı. Hüseyn Cavidin ömrünün bu günədək bilinən, bilinməyən olduqca dolğun və ətraflı geniş bəhs etdi.
Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı filialının müdiri Elza Əliyeva Hüseyn Cavidə həsr edilmiş və kitabxanalarda bu gün Hüseyn Cavidə olan sonsuz sevgidən və tələbatın çox olmasının sevindirici hal olmasından, ulu öndər Heydər Əliyevin Hüseyn Cavid yaradıcılığı ilə bağlı bildiyi xatirələrini bölüşdü. Daha sonra ədibin xaricdə daha dərin təbliği üçün nəşr olunmuş bukletlər haqqında fikirlərini danışdı. Bu mövzuda daim ədibin şəninə yaraşan silsilə tədbirlərin, sərgilərin keçirilməsi haqda məlumat verdi. Hüseyn Cavidin "Mənim Tanrım gözəllikdir, sevgidir" şeirini səsləndirdi.
Samux Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri Telli Nəsibova Hüseyn Cavid yaradıcılığının Samux rayonunda da geniş təbliğ olunması və mütəfəkkirin yaradıcılığına böyük tələbat olmasının sevindirici hal olmasından bəhs etdi.
Şabran Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev və Hacıqabul Heydər Əliyev Mərkəzinin direktoru Aytən İmanova mövzu ətrafında fikirlərini bildirdilər.
Tədbirin sonu Samux şəhər 1 saylı məktəb liseyin, Samux şəhər 2 saylı tam orta məktəbin, Samux şəhər 3 saylı məktəbin, Samux rayon Qarayeri qəsəbə 1 saylı məktəb liseyin, Samux rayon İnstitut qəsəbə tam orta məktəbin şagirdləri ilə diskussiya şəklində davam etdirildi. Uşaqların sualları cavablandırıldı.