Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qadın zorakılığına yox deyək” başlıqlı onlayn söhbət keçirilib

26.11.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzi Kitabxana Sisteminin Səyyar şöbəsi 25.11.2022-ci il tarixdə 25 noyabr Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı "Qadın zorakılığına yox deyək" başlıqlı onlayn söhbət keçirdi. Söhbəti açan kitabxanaçı Lalə Dadaşova Qadın Zorakılığına Qarşı Mübarizə Gününün məhz 25 noyabrda qeyd olunması səbəbi haqqında tədbir iştirakçılarına qısa məlumat verdi.Söhbətdə çıxış edənlər söylədilər ki, Qadınlar öz hüquqları uğrunda mübarizə aparmasalar onları təhqir etməyə və alçaltmaq çalışan hər kəsə cavab verməsələr bu vəziyyət həmişə davam edəcək.Söhbətdə bu halların qarşısının alınması üçün dövlət və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş Fəaliyyət Proqramları, Milli Proqramlar, qanunlar, qeyri hökümət təşkilatlarının işləri, həmçinin şəhərimizdə yaradılmış sığınacaqlar haqqında ətraflı məlumat verildi.
Tədbiri keçirməkdə məqsəd gənc nəsli maarifləndirmək, və hüquqlarını bölmələrinin vacibliyini anlamaqdır.

 

834 KB