26.11.2022
25 noyabr 2022- ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Ailə, Qadın və Uşaqlara Dəstək Mərkəzində Heydər Əliyev Mərkəzi və Mərkəzi Kitabxananın təşəbbüsü, Ailə, Qadın və Uşaqlara Dəstək Mərkəzinin təşkilatçılığı və Kəlbəcər MKS- nin Qanlıkənd kənd kitabxana filialının iştirakı ilə Qadın zorakılığı ilə əlaqədar " Qadın zorakılığına yox deyək!" mövzusunda görüş keçirildi. Tədbirdə Ailə, Qadın və Uşaqlara Dəstək Mərkəzinin sosial- pedaqoqu Südabə Həsənova məişət zorakılığının növlərindən-fiziki, iqtisadi, psixoloji və cinsi zorakılıqdan danışdı. Daha sonra tədbir diskusiya şəklində davam etdirildi və məktəblərdə şagirdlərə " Ailəyə hazırlıq dərslərinin " keçirilməsinin zəruriliyindən danışıldı.