Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Qadın zorakılığına son” başlığı altında dəyirmi masa keçirilib

25.11.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı kitabxana filialı 24.11.2022- ci il tarixdə Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə günü ilə əlaqədar " Qadın zorakılığına son" başlığı altında dəyirmi masa keçirtdi.

İlk olaraq kitabxanaçı Gülarə Ələkbərova bu günün yaranması haqqında iştirakçılara məlumat verdi. Qadınlara qarşı zorakılıqdan qadınlarla bərabər ailələrin, körpələrin ümumilikdə bütün cəmiyyətin əziyyət çəkməsindən danışdı. Tədbir iştirakçılarıda mövzu ətrafında öz fikirlərini söylədilər. 
 Tədbirdə kitabxananın oxucuları və ərazi sakinləri iştirak edirdi.

 

116.8 KB