Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nağıl saatı keçirilib

25.11.2022

25.11.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət idarəsi Samux rayon Mərkəziləşdirilmiş Kitabxana sisteminin Yuxarı Ağasıbəyli kənd kitabxana filialı, Yuxarı Ağasıbəyli kənd tam orta məktəbinin icma əsaslı məktəbəqədər təhsil mərkəzində 5 yaşa qədər uşaqlara , "Nağıl saatı " keçirdi.

Yuxarı Ağasıbəyli kənd kitabxana filialının müdir İsayeva Abidə uşaqlarla tanışlıqdan sonra onlara "Qarışqa və göyərçin ", "Pambıq bala " nağılını oxuyaraq onları sehrli aləmə apardı. Sonra o bildirdi ki, nağıllar nəsildən-nəsilə ötürülən , körpələrin dünya ilə təmasını tənzimləyən dünya görüşünü artıran əvəzsiz bir xəzinədir. Belə "Nağıl saatları " keçirməkdə məqsədimiz uşaqları körpə yaşlarından kitabxanaya cəlb etmək, kitaba olan marağını artırmaq, onları vətənpərvərlik ruhunda tərbiyə etməkdən ibarətdir.

 

70.1 KB