Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Kəlbəcər bizimlədir” başlığı altında söhbət keçirilib

25.11.2022

25.11.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Çobanabdallı kənd kitabxana filialında Kəlbəcər rayonunun işğaldan azad olunması ilə əlaqədar "Kəlbəcər bizimlədir" başlığı altında söhbət keçirildi.

Tədbiri giriş sözü ilə kitabxana filialının müdiri Əsgərova Fatma açdı. O, tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, Kəlbəcər rayonunun işğaldan azad olunduğu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qayıtmasını təmin etdi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşanı və Dağlıq Qarabağdakı digər rayonlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etdi. Sonra kitabxanaçı Ağca Abdıyeva çıxış etdi. O, qeyd etdi ki, Azərbaycan noyabrın 20-də Ağdamı, noyabrın 25-də Kəlbəcər rayonunu siyasi yolla nəzarət altına keçirdi. Kəlbəcər rayonu 1993-cü il aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. Sonra çıxış üçün söz İcra nümayəndəsinin müavini Fazil Abdıyevə verildi. O, bildirdi ki, Azərbaycan tərəfi Kəlbəcərdəki bütün tarixi abidələri, o cümlədən dünya əhəmiyyətli dini tarixi abidələr olan Xəzinədağ və Xudavənd məbədlərini bərpa edəcək, onun əsl milli kimliyini - alban tarixini təqdim edəcək. Sonra Diyarşünaslıq evinin müdiri Səxavət Əsgərova çıxış etdi. O, qeyd etdi ki, Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli qızıl, civə, gil, perlit, üzlük daş, qum-çınqıl qarışığı, mərmər yataqları var. Kəlbəcər işğaldan azad edilməsi ilə Azərbaycanda turizmin və mədən sənayesinin inkişafında yeni bir mərhələ başlayacaq. Ermənistan məğlub edilmiş, Azərbaycan zəfər çalmış ölkədir.

 

84.8 KB