Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Haqqa və ədalətə bu çağrış”

11.06.2018

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Goranboy rayon Mərkəzi Kitabxanasında 15 iyun – Milli Qurtuluş günü münasibətilə “Haqqa və ədalətə çağırış” mövzusunda konfrans keçirildi.

Tədbiri Oxu zalının müdiri Sevda Əliyeva açaraq bildirdi ki, tariximizə Milli Qurtuluş günü kimi daxil olmuş 15 iyun sadəcə bayram deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən Azərbaycana siyasi rəhbərliyinə qayıtması xalqımızın çoxəsrlik tarixində taleyüklü möhtəşəm siyasi hadisə idi. Kitabxananın metodisti Xatirə Rəhimova “Haqqa və ədalətə çağırış” başlıqlı məruzə ilə çıxış etdi. Kitabxananın əməkdaşları Ülviyyə Kazımova, Kəmalə İsmayılova, Dürdanə Bayramovada məruzə ərtafı çıxışlar etdilər.

Tədbirin sonunda iştirakçılar “15 iyun – Milli Qurtuluş günüdür” başlıqlı sərgi ilə tanış oldular.